Global Chain Haqqında
“Global Chain” - Azərbaycanda müasir nəqliyyat-logistika şirkətidir. Fəaliyyətimizin məqsədi güvənli logistika xidmətininin təmin edilməsidir. Xidmətlərimizə daxildir: bütün dünya üzrə yüklərin saxlanması və ekspedisiyası, tədarük zəncirlərinin təşkili və idarə olunması, sənaye müəssisələrinə kompleks logistika xidmətinin təşkili, habelə kiçik həcmli yük partiyalarının müasir dünya standartları səviyyəsində daşınması. Bizim fokusumuz yığma yüklərin (LTL) MDB və Avropa ölkələrindən paylama anbarlarında konsolidasiya yolu ilə daşınmasına yönəldilmişdir. Əsas ofisimiz Bakıda yerləşir.
BİZ DÖVLƏTİMİZİN DƏSTƏYİNƏ ƏSASLANIRIQ
Sorğu
Forma
Bizə Verilən Suallar
Bilmək istərdim ki, 1130 Brüssel, Belçika-dan Bakıya qruppaj (LTL) daşınma təşkil edə bilirsiniz mi?
Salam, əlbəttə. Biz göndərici ilə əlaqə saxlayıb yükləməni təşkil edirik. Niderlanddakı anbarımızda konsolidasiya edib, Bakıya istiqamətləndiririk. Xahiş edirik, bizim elektron ünvanımıza info@globalchain.az yüklə bağlı daha ətraflı məlumat göndərəsiniz və yaxud saytımızda “Sorğu Göndərmək” bəndindən edəsiniz.
+
Yerüstü yük daşınması üçün hansı sənədlər vacibdir?
Ümumi yüklər üçün(General Cargo) sənədlər toplusu aşağıda sadalanıb:
• CMR - (Convention Relative au Contrat de Transport International de Marchandises par la Route). CMR avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinin sübutudur, icra olunan əməliyyatın əhatə dairəsini və məsuliyyətini, müvafiq tərəfləri və daşınan yükləri müəyyən edir.
• Ixrac bəyannaməsi ixrac edən şəxsin təqdim etdiyi formadır. Daşınan yük, o cümlədən növü və dəyəri haqqında məlumatları əhatə edir.
• Hesab-faktura (İnvoice) - göndərilən malların və ya göstərilən xidmətlərin siyahısı, onlar üçün ödənilən məbləği göstərilir.
• Mənşə sertifikatı (COO) yükün mənşəsini təsdiq edən sənəddir.
• Qablaşdırma Siyahısı (Packing List) qablaşdırmanın məzmunu haqqında məlumatları əhatə edən sənəd.
+
Ro-ro nədir?
Ro-Ro daşınmalar - təkərli nəqliyyat vasitələrinin və texnikaların daşınması üçün nəzərdə tutulmuş gəmilərdir. Bu daşınmalarda yükləmə zamanı kran texnikasından istifadə edilmir.
+
LTL yük daşınması üçün öz anbarınız mövcüddur?
Salam, bəli, yüklərin saxlanması üçün Avropa və MDB ölkələrində anbarlarımız fəaliyyət göstərir. Yüklər orada saxlanılır və konsolidasiya edilir. Nəzərinizə çatdırım ki, anbar şəkilləri fotoqalereyamızdadır.
+
Ekspeditor kimdir?
Ekspeditor - yüklərin təhlükəsiz və qənaətli daşınmasını təşkil etmək üçün idxalçıların və ixracatçıların adından fəaliyyət göstərən agentdir. Onların çoxsaylı vəzifələri arasında ən geniş yayılanlar nəqliyyatın təşkili, prosessin idarə olunması və səmərəli marşrutun seçilməsidir.
+
Qruppaj və FTL daşınmalar üçün tranzit müddətini bildirməyiniz xahiş olunur.
Sualınız üçün təşəkkür edirik. Birinci növbədə, sizdən təsdiq aldıqdan sonra biz 2-3 iş günü ərzində göndəricidən yüklərin götürülməsini təşkil edirik, daha sonra anbarımızda yükləri konsolidasiya edib və birbaşa Azərbaycana istiqamətləndiririk. Avropa ölkələrindən tranzit müddəti təxminən 17-19 gün, Rusiyadan isə təxminən 13-15 gün təşkil edir. Avropa ölkələrindən FTL daşınmaları üçün TT 9-11 gün, Rusiyadan isə 3-5 gün təşkil edir (yükləmə ünvanından asılıdır).
+